Nigarla DYP barışdı - “...Şikayət etməyəcəm”

“Eurovision 2011” qalibi Nigar Camal ilə Dövlət Yol Polisi İdarəsi arasında yaşayanan gərginlik sona çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya açıqlamasında müğənninin özü məlumat verib. Nigar Camal idarədən ona zəng gəldiyini, problemin aradan qalxdığını bildirib: “Bu söhbətlərlə bağlı çox danışmaq istəmirəm. Çox məlumatlar çıxdı. İndi mən bunu yenidən şişirtməyə, dilimə gətirməyə ehtiyac duymuram. Artıq polislə danışmışıq, məsələ həll olundu. Mövzu ilə bağlı heç bir quruma şikayət etmək fikrində deyiləm”. Qeyd edək ki, ötən gün sənətçi “DYP – axır zamanlar çox qudurublar” deyərək Dövlət Yol Polisi əməkdaşlarını sərt tənqid etmişdi. İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov isə açıqlamasında mövsu ilə bağlı araşdırma aparıldığını bildirmişdi.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












