“Nizami” metrostansiyasında bərpa edilmiş ilk 4 panno təqdim olundu - FOTO

Metronun “Nizami” stansiyasında bərpa edilmiş ilk 4 panno sərinişinlərə təqdim olunub. Avtosfer.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, bu 4 pannodan əlavə, hazırda digər 4 pannonun da üzərində son tamamlama işləri gedir. Yaxın günlərdə həmin pannolar da sərnişinlərin ixtiyarına veriləcək. Qeyd edək ki, "Nizami" stansiyası 1976-cı il dekabrın 31-də istifadəyə verilib. Stansiyada əsaslı təmir işləri 1 ilə yaxındır ki, davam edir. “Bakı Metropoliteni”nin daxili vəsaiti hesabına həyata keçirilən təmir işlərinin ilkin mərhələsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformaaltındakı arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar yenilənib. Stansiya qurğularının, memarlıq elementlərinin mühafizəsi üçün havalandırma sistemi yenidən qurulub. Stansiyanın orta zalının tavanında söküntü, korroziyadan təmizləmə işləri yerinə yetirilib. Təmirçilər hazırda zalın tavanını bərpa edir, oradakı axıntıların qarşısını almaq üçün tədbirlər görürlər. Bu işlər başa çatdıqdan sonra tavan “Durlum GmbH” şirkətinin ixtiyarına veriləcək. Şirkət orada stansiyanın memarlıq xüsusiyyətlərinə xələl gətirmədən, korroziyaya davamlı özəl asma tavan quraşdıracaq. “Ən vacibi isə təmir prosesində dahi Azərbaycan mütəfəkkiri - şair, filosof, şeyx Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələrinin yenidən qurulmasıdır. Belə ki, stansiyanın divarlarında şairin “Xəmsə”sinin motivləri əsasında işlənmiş 18 pannodan 4-nün üzərində aparılan təmir, xüsusən də dekorativ tətbiqi bərpa işləri artıq başa çatdırılıb. İstismara verildiyi illərdə olduğu kimi, ilkin parlaqlığı bərpa olunmuş təsvirlər yenilənmiş mərmər haşiyələrin fonunda daha işıqlı görünür. Pannoların altındakı yazılar latın əlifbasının bədii şriftlərilə verilib və bu zaman onun orijinal formatı da qorunaraq saxlanılıb. Pannoların bərpası ilə peşəkar rəssamlar Zöhrab Cabbarov, Elçin Cabbarov, Nizami Vəliyev məşğul olurlar”, - deyə məlumatda qeyd edilib.
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB





















