NİİM: Bakıda bəzi yollarda yağışla bağlı sıxlıq müşahidə olunur

"Hazırda paytaxtda müşahidə edilən yağışlı hava şəraiti səbəbindən yollarda nəqliyyat vasitələrinin hərəkət sürəti azalıb. Bu səbəbdən bir neçə küçə və prospektdə sıxlıq müşahidə olunur".
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Qeyd olunub ki, bəzi sürücülərin avtomobil idarə edərkən düzgün ara məsafəsi saxlamaması səbəbindən bir neçə yol-nəqliyyat hadisəsinin baş verməsi, texniki nasaz nəqliyyat vasitələrinin yolda qalması da sıxlıq olmayan yollarda belə nəqliyyatın hərəkətində problemlər yaradıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları müşahidə kameraları vasitəsilə yollardakı vəziyyəti nəzarətdə saxlayır, sıxlıqların aradan qaldırılması məqsədilə yol polisi tərəfindən tədbirlər görülür.
Hazırda
1. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
2. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
9. Akademik Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;
10. Akademik Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;
11. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
13. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
14. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
15. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
16. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












