Nobel prospektində yeraltı piyada keçid istifadəyə verildi – FOTO+VİDEO

"Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində inşa edilən yeraltı piyada keçidin tikintisi yekunlaşıb. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, artıq vətəndaşlar keçiddən istifadə edə bilərlər. Qurumdan bildirilib ki, keçidin ümumi uzunluğu 4 istiqamət üzrə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidin giriş-çıxış hissəsinə 8 ədəd çöl şəraitində quraşdırılan eskalator qoyulub. Keçidin içərisi bütövlükdə işıqlandırma sistemi ilə təchiz olunub, bundan əlavə sanitar və 2 mühafizə otaqları ilə təmin edilib. Layihə çərçivəsində Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində dəmir yolla kəsişmə hissə ləğv olunub əvəzinə “Bulvar” otel istiqamətinə doğru olan müvəqqəti yol əsaslı şəkildə yenidən qurulub. Yolun uzunluğu 250 m, eni isə 45-100 metr arasında dəyişir. Görülən işlər çərçivəsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri olan yerlərə 10 ədəd məlumatverici yol nişanı quraşdırılıb. Həmçinin 10 ədəd yeraltı kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün 13 ədəd yağış barmaqlıqlar qoyulub. Ümumilikdə yola 6500 kvadratmetr və 2 qat olmaqla 15 sm qalınlığında asfalt-beton örtüyü salınıb, yol kənarlarına 900 p/m mərmər-qranit səki daşı, səkilərin üzərinə isə 4500 kvadratmetr tamet daşları düzülüb.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT

















