Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu yenidən quruldu – FOTO + VİDEO

Qəbələ rayonu Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu qısa müddət ərzində yenidən qurularaq tam yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətidən (ASC) Avtosfer.az-a daxil olan məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 52-ci kilometrliyindən ayrılan yerli əhəmiyyətli Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun yenidən qurulması çərçivəsində “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə aparılıb.
IV texniki dərəcəyə uyğun yenidən qurulan və iki hərəkət zolağından ibarət olan avtomobil yolunun uzunluğu 12,2 kilometr, eni 6 metrdir, torpaq yatağının eni isə ərazilərdən asılı olaraq 8-10 metr arası dəyişir.
Ümumilikdə, yolun 55 min m2-dən çox ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Bundan başqa, yolun 3,8-ci km-də, Tüntül kəndi ərazisində uzunluğu 5 metr, eni isə 7 metr olan 1 ədəd dəmir-beton körpü də inşa olunub.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












