Nömrənin üstünü bağlamağın, hərifləri və rəqəmləri dəyişməyin cəriməsi nə qədərdir? - AÇIQLAMA

Son günlər nəqliyyat vasitlərinin dövlət qeydiyyat nişanına müdaxilə edilməsi hallarına tez-tez rast gəlinir. Avtosfer.az xəbər verir ki, bir çox hallarda bəzi sürücülər dayanma-durma qaydasını pozduqlarına görə avtomobillərin dövlət nömrə nişanını gizlətmək üçün ya örtük, ya da ki baqajı qaldırmaq yolu ilə gizlədirlər. Bu, əsasən iri ticarət mərkəzləri və bazarların qarşısında baş verir.
Görəsən, bu cür qayda pozuntularına qarşı hansı cərimələr tətbiq olunur?
Belə halların qarşısını almaq üçün hansı tədbirlər görülə bilər?
Nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, sürücülər bilməlidirlər ki, dövlət nömrə nişanının saxtalışdırılması və yaxud da müdaxilə edilməsi, üzərinin örtüklə örtülməsi inzibati məsuliyyət yaradır. Dövlət qeydiyyat nişanlarından biri və yaxud da hər ikisi yerində olmadıqda bu da başqa bir inzibati məsuliyyət yaradır. Dövlət qeydiyyat nişanının üzərini örtmək və digər əməllər isə başqa bir inzibati xətadır.
Ekspertin sözlərinə görə, hər hansı bir örtük çəkmək məsuliyyətdən yayınmaq formasıdır və bunun cəzası daha ağır olur - təxminən 800 manat məbləğində cərimə nəzərdə tutulur:
“Təəsüf ki, sürücülər bəzən 20-30 manatlıq cərimədən yayınmaq məqsədilə 800 manat cəriməni bilmədən gözə alırlar. Əminəm ki, onlar bunun məsuliyyətini başa düşmürlər və bilmirlər ki, bu xəta daha ağır cəza ilə nəticələnə bilər. Əgər bunu bilsələr etməzlər. Yəni bilməzlikdən belə hərəkətlərə yol verirlər”.
O bildirir ki, istənilən halda yol hərəkəti qaydalarına uyğun davranmaq lazımdır. Hər bir sürücü dövlət qeydiyyat nişanının təmiz saxlanmasını da təmin etməlidir. Sürücü onun üzərini çirkli saxlamaqla idarə etdikdə 40 manat məbləğində cəzlandırılır. Dövlət qeydiyyat nişanlarından biri yerində deyilsə və yaxud da hər ikisi yerində deyilsə nəqliyyat vasitəsi cərimə meydançasına aparıla bilər. Yaxud da sürücü baqajı açıq qoyaraq nömrəni gizlədir və bu hala da tez-tez rast gəlirik. Belə olduqda da sürücüyə cərimə protokolu yazılır, lakin cərimə meydançasına aparılmır.
“Yəni deməyim odur ki, dövlət nömrə nişanları ilə sürücülərin davranış qaydası dəyişməlidir. Məsuliyyətdən yayınmaq üçün bu cür hallara əl atmağa ehtiyyac yoxdur. Artıq xüsusi texniki vasitələr var, kameralar işləyir, digər xüsusi cihazlar var və hamısı bütün prosesləri normal şəkildə lazımı şəkildə qeydə alır. Ona görə heç kim düşünməsin ki, polisi alddadacaq. Bunun üstü gec-tez açılır və üstü açılanda daha ağır cəzalar tətbiq olunur”, - deyə E.Muradlı əlavə edib.
Namiq Musayev
Avtomobil sahiblərinə pis xəbər: Yağ qıtlığı yarana bilər – ARAŞDIRMA
Həftəsonu Bakıda iki küçə təmirə bağlanacaq - Sürücülərin DİQQƏTİNƏ
“Prioritet” daha sürətlidir? “Çatdırılma” necə işləyir? - Bilməli olduğunuz məqamlar
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq
Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: 40 dayanacaq olacaq - VİDEO
Yollarda təmir işləri niyə gecikir? – RƏSMİ AÇIQLAMA
Süni intellekt əmək bazarında rəqabətliliyə necə təsir edir? – Ekspert AÇIQLADI
Bu küçədə yaşıllıq görməni məhdudlaşdırır - Sürücülər qəza riski ilə üzləşir - VİDEO
Süni intellektlə hazırlanan materialların paylaşılmasına nəzarət gücləndirilir – YENİ QANUN
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO








