Növbə diş həkimlərinə ÇATDI – Saxta diplomlu stomotoloqlarla bağlı yoxlamalara BAŞLANDI – RƏSMİ

Ölkədə icbari tibbi sığortaya daxil edilməyən və geniş yayılan tibbi xidmət növündən biri də stomatoloji xidmətdir. Həm paytaxtda, həm də bölgələrdə addımbaşı stomatoloji xidmət göstərən məkanlara rast gəlinir. Burada çalışan ağ xalatlıların isə hansı tibb müəssisəsində təhsil aldığı, hansı ixtisasa yiyələndikləri, dişlə bağlı bütün prosedurları etmək ixtiyarında olduqları bəlli deyil.
Bəs stomatoloqlarla bağlı durum nə yerdədir? Onların diplomları, fəaliyyətlərinə nəzarət olunurmu?
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz:
““Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-stomatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər. Stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz”.
Qeyd edilib ki, şikayətlər əsasında xidməti yoxlamalar keçirilir:
“Yalnız vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti özəl tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunur”.
Qurum vətəndaşlara müraciət edərək problemlə qarşılaşdıqları halda onlara müraciət edilməsini istəyib:
“Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.
(bizim.media)
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə
“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub - VİDEO
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
Bakı yolları "sıxılır": Ensiz zolaqlar nəyə xidmət edir...
Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO
Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO











