Növbəti 3 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, yanvarın 31-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Havanın temperaturu son günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək. Cənub-qərb küləklərinin üstünlüyü müşahidə olunacaq, bəzi yerlərdə arabir güclənəcək".
Onun sözlərinə görə, fevralın ayının 1-də hava şəraiti qeyri-sabit keçəcək: "Fevralın 1-də bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Dağlıq rayonlarda isə qar yağacağı gözlənilir. Bu qısa müddətli olacaq. Fevralın 1-i axşamdan yağıntılar tədricən kəsiləcək. Fevralın 2-dən isə ölkə ərazisində hava şəraitinin yenidən sabit və gün ərazində yağmursuz keçəcəyi proqnozlaşdırılır".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












