Növbəti 3 il üçün avtomobil yükdaşımalarına icazələrin sayı müəyyənləşib

Azərbaycan və Rusiya 2017-2019-cu illərdə avtomobil yükdaşımaları üçün qarşılıqlı icazələrin ilkin sayını müəyyən edib. Avtosfer.az "Report"a istinadən verdiyi xəbərə görə, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclasında Rusiya Avtomobil Nəqliyyatı Agentliyinin baş direktor müavini Ruslan Lujetski bildirib.
"Yüklərin ikitərəfli və tranzit daşınmasına 18 min icazə, yüklərin üçüncü ölkələrdən daşınmasına 1,8 min və sərnişinlərin müntəzəm olmayan nəqliyyatla daşınması üçün 1 min icazə verilib", - deyə R.Lujetski əlavə edib.
Rusiya Nəqliyyat Nazirliyi Avtomobil və şəhər nəqliyyatı sahəsi üzrə dövlət siyasəti Departamentinin direktoru Aleksey Bakirey isə deyib ki, iki ölkə arasında xarici ticarət və avtomobil yükdaşımalarının həcminin artması Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafının zəruriliyini təsdiq edir.
"Bu il Şimal-Cənub dəhlizi ilə yükdaşıma əməliyyatları fəallaşıb. Azərbaycan ilə Rusiya arasında bu ilin 9 ayında avtomobil yüklərinin daşınma həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20% artıb. Bu dəhliz Hindistan, İran, Fars körfəzi ölkələrindən göndərilən tranzit yüklərin Azərbaycan və Rusiya ərazisindən keçməklə, daha sonra Şimal və Qərbi Avropaya hərəkət etməsi üçün optimal imkanlar yaradır", - deyə Nazirlik rəsmisi qeyd edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












