Novruz tədbirindəki at qadını təpikləyib xəstəxanalıq etdi

Bu gün İmişli rayonunda sanki atların “qisas günü” olub. Avtosfer.az virtualaz. org-a istinadən xəbər verir ki, günün birinci yarısında rayonda keçirilən rəsmi Novruz şənliyi zamanı tədbirin senarisinə uyğun olaraq meydandakı tonqalın ətrafında dövrə vuran çaparlardan birinin atı qəfildən ürkərək tamaşaçı qadını təpiklə vurub. Aldığı xəsarətdən yerə yıxılan 58 yaşlı İmişli rayon sakini İsmayılova Xanımzər Şükür qızı təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. İmişli Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, tibbi yardım göstərilmiş qadının vəziyyəti yaxşılaşdığından o, artıq evə buraxılıb.
Digər hadisə isə günorta İmişli rayonunun Bərcəvan kəndində baş verib. 30 yaşlı kənd sakini Gülxanım Manafovaya da at xəsarət yetirib. İmişli rayon Mərkəzi Xəstəxanasından virtualaz.org saytına verilmiş məlumata görə, qadın kəllə-beyin travması və sol topuq oynağının əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir, vəziyyəti kafidir.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA










