Novruzda ucuz uçuşlarla istirahətə gedə biləcəksiz

Novruz bayramı tətilləri ərəfəsində bir çox insanlar artıq bayram günlərini harada keçirəcəklərini planlaşdırırlar. Azərbaycanda mart ayında 9 gün qeyri-iş günü olacağını nəzərə alsaq soydaşlarımızın bir qisminin həmin günlərdə xarici ölkəyə üz tutacaqlarını təxmin etmək çətin deyil. Bayram tətillərində xaricə qetmək istəyənlərin sayının artması "lou-kost" uçuşlar məsələsini gündəmə gətirir. Ucuz biletlər təklif edən "lou-kost" aviaşirkətləri Azərbaycana uçuş həyata keçirməsinə dair danışıqları hazırda davam etdirir. Avtosfer.az xəbər verir ki, bunu anspress-ə açıqlamasında “Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. Onun sözlərinə görə, hazırda İstanbuldan Qəbələ və Lənkəran hava limanlarına türk aviaşirkətləri “Pegasus” və “Atlasjet” tərəfindən uçuşların yerinə yetirilməsi məsələsi müzakirə olunur. "Bundan başqa, “Air Arabia” büdcə aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinin böyüklüyünə görə üçüncü şəhəri - Şarjadan Bakı, Qəbələ və Azərbaycanın digər regionlarına birbaşa reyslər aça bilər", - Kəsəmənski bildirib.
O, həmçinin qeyd edib ki, İsrailin milli aviadaşıyıcısı - “El Al” Israel Airlines aviaşirkətinin nümayəndə heyəti Azərbaycana səfər edərək Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında aviasiya təhlükəsizliyi sahəsində audit yoxlamaları həyata keçirib. “El Al” şirkətinin nümayəndələri 2016-cı ildə İsrailin “El Al” və “Arkia” aviaşirkətlərinin Təl-Əviv-dən Bakıya birbaşa reyslər açmaq planları barədə elan edib.
Bu yaxınlarda Rusiyanın “UTair” və “Ural Hava Yolları” aviaşirkətləri tərəfindən Bakı, Lənkəran və Gəncə hava limanlarında bir sıra audit yoxlamaları həyata keçirilib. Aviaşirkətlərin nümayəndələri audit yoxlamalarının nəticələrinə görə aviasiya təhlükəsizliyinin təşkili və sərnişin reyslərində xidmət səviyyəsini yüksək qiymətləndirib", - deyə qurumdan bildiriblər.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










