Novxanı yolu nə vaxt açılacaq? - FOTO

123 nömrəli marşurut 1 aya yaxındır ki, Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlqədar alternativ yolla hərəkət edir. Bu səbəbdən sakinlər böyük çətinliklə üz-üzə qalıblar. Avtosfer.az xəbər verir ki, bu barədə "qaynarinfo"ya açıqlama verən sakinlərdən biri 1 aya yaxındır ki, şəhərə getmək üçün 2-3 marşurut dəyişmək məcburiyyətində qaldığını bildirib. Qeyd edək ki, aprelin 18-dən 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq qismən dəyişdirilib. Bakı Nəqliyyat Agentliyi bu barədə bir müddət əvvəl açıqlama verib. Belə ki, Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar hazırda Masazır və Binəqədi şossesindən keçməklə hərəkət edir. Təmir işlərinin nə zaman yekunlaşdırılacağı ilə bağlı “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Qurum rəsmsi işlərin başa çatma vaxtı barədə dəqiq bir söz deməsə də, əhaliyə biraz səbirli olmalarını və bunun onların rahatçılığı üçün olduğunu bildirdi.




İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












