Noyabrda Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək - Nazir Rəşad Nəbiyev
Gündəm
15 Yanvar 2025 21:27
Oxunub 148
Azərbaycan Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Zavazava ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
"Ölkəmizdə səfərdə olan Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Zavazava ilə görüşdük. Azərbaycanla qurum arasında əməkdaşlıq məsələlərini müzakirə etdik. Ötən il Bakının ev sahibliyi etdiyi COP29 çərçivəsində birgə fəaliyyətimiz və bu ilin noyabrında ölkəmizdə keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlıq prosesi haqqında danışdıq", - deyə nazir qeyd edib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR