"Nurgün Holdinq"in prezidentinin oğlunu bu cəza gözləyir

“Nurgün Motors”un prezidentinin oğlu Əliyev Nurxan YPX əməkdaşını təhqir edib, daha sonra isə onu vurub. Rəşid Behbudov küçəsində 90-AN-949 dövlət qeydiyyat nişanlı, "İnfinity" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yolla paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib. YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə “saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb. Bu zaman avtomobildə olan N.Əliyev avtomaşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, baş vermiş hadisə ilə bağlı hüquqşünas Vüqar Səfərli açıqlama verərək bildirib ki, qeyd olunan məsələ ilə bağlı sürücünün əməlləri qanunsuzdur: "Hər halda məsələyə aidiyyəti orqanlar tərəfindən ədalətli hüquqi qiymət veriləcək. Bununla belə, qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsinin dispozisiyasına görə hakimiyyət nümayəndəsinə xidməti vəzifəsini yerinə yetirərkən həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə, müqavimət göstərmə 3 ilədək müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












