"O avtomobil Səməd Heydərovun deyil" – AÇIQLAMA

Bakıda "Mercedes Gelandewagen”in törətdiyi dəhşətli qəza və onun ağır nətiqcələri cəmiyyətdə və sosial şəbəkələrdə geniş müzakirə olunur. Qeyd edək ki, baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen”lə törədilmiş qəza nəticəsində iki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb. Mətbuatda və sosial şəbəklərdə gedən müzakirələrdə qəzaya səbəb kimi "Mercedes Gelandewagen”in "Mazda” markalı avtomobillə ötüşmədi göstərilir və iddia edilir ki, ikinci avtomobilin sürücüsü fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərov olub. Avtosfer.az bakupost.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu məsələyə də aydınlıq gətirib. Saytın əməkdaşı məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovdan açıqlama alıb. Qurum rəsmisi digər sürücünün kimliyinin istintaqa məlum olduğunu deyib: ""Mazda”nın sürücüsünün kimliyi istintaqa məlumdur. Cinayət işi açılıb. İstintaq gedir. Ağır yol nəqliyyat hadisəsinin bütün təfərrüatları araşdırılacaq və qanun çərçivəsində hüquqi qiymət veriləcək”.
E.Zahidov "Mazda”nın sürücüsünün K.Heydərovun qardaşı olması xəbərini təkzib edib: "Bu yalan məlumatdır, şayiədir. Həmin avtomobil Səməd Heydərova məxsus deyil”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












