O gündən 50 il keçdi - FOTOLAR

Bu gün Bakı metrosunda ilk qatarın xəttə çıxmasından 50 il ötür. Bu barədə məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkədə yayıb. O bildirib ki, ilk dəfə xəttə buraxılan 3529-3530-3538 nömrəli 3 vaqondan ibarət olan qatar sınaq məqsədi daşıyırdı: “Maşinist Nağı Nağıyev və köməkçisi Genadi Semyonovun idarə etdiyi qatar 05:05-də depodan çıxaraq bütün stansiyalarda ("Nəriman Nərimanov, "Gənclik”, "28 May", "Sahil", "İçərişəhər") dayanmaqla "Bakı Soveti" stansiyasına doğru irəliləyib. Sınaq qatarının sürəti 15 km/saat olub. Qatar 28 aprel (indiki 28 may) stansiyasını keçdikdən sonra dayanıb. Araşdırma zamanı məlum olub ki,tuneldə çalışan işçilərdən kim isə hermetik qapı reduktorunun qapağını İMB yeşiynin üstünə qoyub. İşini başa vurduqdan sonra, qapağı yerinə bağlamağı unudub. Qatar həmin yerə yaxınlaşanda titrəmə nəticəsində qapaq yeşiyin üzərindən birinci vaqonun altına düşüb. Nəticədə qatar yoldan çıxıb. Həmin gün axşama kimi qəzanın nəticələri aradan qaldırılıb”.
Fidan






İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












