Obama uçdu, yol pulunu Klinton ödədi

ABŞ prezidenti Barak Obama prezidentliyə namizəd Hillari Klintonun seçki qabağı təşviqat kampaniyasına dövlət təyyarəsi ilə getdiyi üçün tənqid edilib. Avtosfer.az ans press-ə istinadən xəbər verir ki, Obamanın Şarlott şəhərində keçirilən tədbirə "Air Force One" təyyarəsi ilə getməsi qalmaqalın əsasını qoyub. Çünki bu təyyarənin uçuş qiyməti 200 min dollar civarındadır.
Əsas tənqid isə respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampdan gəlib. "Bu bir siyasi tədbirdir. Bu səyahətin xərclərini vətəndaşlar ödəməməlidir"-deyə Tramp bildirib.
Ağ Evdən qalmaqala səbəb olan səfər barədə açıqlama verilərək bildirilib ki, həmişə olduğu kimi prezidentin səyahət xərcləri əlaqədar seçki kampaniyasının büdcəsi hesabına qarşılanacaq.
"Prezidentin siyasi səyahətlərinə dair mövcud qayda və qanunlara əməl ediləcək"- deyə Ağ evin mətbuat katibi Coş Ernest bildirib.
Adi halda ABŞ prezidentinin səyahət xərcləri dövlət büdcəsindən qarşılanır. Yəni xərci bütün vətəndaşlarıb vergiləri hesabına ödənir. Lakin bu dəfə Obama bütün ABŞ xalqını təmsil etmək üçün deyil bir siyasi partiyanın namizədinə dəstək vermək üçün səyahət etdiyindən qalmaqal yaşanıb.
Televiziya kanallarından birinə müsahibə verən Klintonun köməkçisi deyib ki, hər zaman olduğu kimi paylarına düşən xərci qarşılayacaqlar.
Bir sözlə Obamanının bu səyahət xərcini Klintonun ödəyəcəyi məlum olub. Lakin Obamanın təhlükəsziliyini təmin edən cangüdənlərin xərci ABŞ xəzinəsindən ödəniləcək.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










