Ödəmə terminalları sıradan çıxdı - Bakıda

Bu günlərdə yağan aramsız yağış, paytaxtda nəqliyyatın hərəkətində ciddi problemlər meydana çıxarıb. O cümlədən, ictimai nəqliyyatda gedişhaqqı yüklənməsi üçün, dayanacaqlarda quraşdırılan ödəmə terminallarının fəaliyyətində də nasazlıqlar yaranıb. Sputnik əməkdaşının apardığı müşahidələr, şəhərdəki bir çox dayanacaqlarda "Milliön" aparatlarının işləmədiyini ortaya çıxarıb. Xüsusilə, yağışların intensivləşdiyi günlərdə sərnişinlər kartlarının balansına pul yatıra bilmədikləri üçün çıxılmaz vəziyyətdə qalıblar. Problemin qurbanına çevrilən vətəndaşlar, avtobus sürücülərindən, həmçinin digər insanlardan yardım istəmək məcburiyyəti ilə üzləşiblər. Yardım ala bilməyənlər isə, öz narazılıqlarını aşkar şəkildə, yüksək səs tonu ilə büruz veriblər. Avtosfer.az xəbər verir ki, bu barədə "Milliön" şirkətinin mətbuat xidmətinin rəhbəri Ülviyyə Əfəndiyeva sputnik-ə açıqlamasında problemdən xəbərdar olduqlarını deyib: "Aparatlarımızda baş verən nasazlıqların səbəbi paytaxta yağan aramsız yağışlardır. Hava şəraitinə baxmayaraq, texniki şöbənin əməkdaşları baş verən nasazlıqları aradan qaldırmağa çalışıblar".

"Əgər terminal işləmirsə, sərnişinlər həmin dayanacağa yaxın terminallardan birində ödəniş edə bilərlər. Eyni zamanda *0010 və ya yaxınlıqda yerləşən müştəri xidmətlərinə də yaxınlaşa bilərlər", - şirkət sözçüsü bildirib. Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mayis Ağayev isə sputnik-ə açıqlamasında, yaşanan problemdə, həm də vətəndaşların günahkar olduqlarını iddia edib: "Belə problemlərin olmaması üçün, insanlar zamanında öz kartlarına pul yatırtmalıdırlar. Heç olmasa, ayda və ya həftədə bir dəfə karta pul oturtsalar, belə hallarda çıxılmaz vəziyyətdə qalmazlar". Sektor müdiri onu da bildirib ki, hansı marşrut xəttində kart sistemi tətbiq olunubsa, bu avtobuslarda nəğd ödəniş mümkün deyil və kartı boş olan sərnişinlərə heç bir güzəşt olunmayacaq: "Güzəşt tətbiq etsək, başqa insanlar vəziyyətdən bilərəkdən istifadə edəcəklər. Ona görə heç bir güzəştdən söhbət gedə bilməz. Bir çıxış yolu var: sərnişinlər kartlarına əvvəlcədən gediş haqqı yatırsınlar".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












