Ödəniş terminallarının işində problem yaranıb - Azərbaycanda

Azərbaycanın iki aparıcı ödəniş sistemi - "E-manat" və "MilliÖn"ün işində çətinliklər yaranıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu şəbəkələrə aid ödəniş terminallarının xidmətindən istifadə edən zaman aparatların monitorunda sistemin müvəqqəti işləmədiyi bildirilir.
Son nəticədə vətəndaşlar bank, kommunal, rabitə və digər ödənişləri həyata keçirə bilmirlər.
Qeyd edək ki, "E-manat" teminalları "Modenis" MMC-yə, "MilliÖn" terminalları isə "Komtek" MMC-yə məxsusdur.
Məsələ ilə bağlı "Report"a açıqlama verən "Modenis" şirkətinin direktor müavini Vüsal Süleymanov bildirib ki, ara-sıra bəzi terminalların işində fasilə yaranması mümkündür, amma problem kütləvi deyil: "Terminal kompüter sistemi ilə təchiz olunub, hərdən bəzi terminallarımızda fasilə ola bilər, lakin hazırda əksər terminallarda ödənişlər qəbul edilir və ünvanına çatır".
"Komtek" MMC-nin PR meneceri Ülviyyə Əfəndiyeva isə "Report"a açıqlamasında deyib ki, hazırda təmsil etdiyi şirkət proqram təminatını yeniləyir: "Bu baxımdan terminalların işində çətinliklər mümkündür, amma tezliklə onlar aradan qaldırılacaq və terminallar normal qaydada işləyəcək".
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












