Ödənişli yolda sel sularının yaratdığı fəsadlar aradan qaldırılır - VİDEO - YENİLƏNİB

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsinin yaratdığı fəsadlar tam olaraq aradan qaldırılıb.
AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, hazırda avtomobil yolunun sözügedən hissəsində sel kütləsindən qalan lil və palçığın təmizlənməsi işləri aparılır.
Xatırladaq ki, Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolmuşdu.
Yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhər istiqamətində hərəkət məhdudlaşmışdı.
***10:36
Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolub.
Avtosfer.az xəbər verir ki, yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhər istiqamətində hərəkət məhdudlaşıb.
Görülmüş tədbirlər nəticəsində yola yığılmış su kütləsinin səviyyəsi bir qədər azaldılaraq ödənişli yol ilə paytaxt istiqamətində hərəkət qismən bərpa olunub.
Hazırda güclü yağışın yolda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində operativ gərargah yaradılıb, əraziyə xüsusi texnika və qüvvə cəlb olunmaqla mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










