Ödənişli yolda sürücülərdən artıq pul alınır? - AÇIQLAMA - VİDEO

Yeni istifadəyə verilən Bakı-Quba yolunun ödənişli hissəsindən istifadə edən sürücü getdiyi məsafə üçün nəzərdə tutulandan artıq ödəniş tələb edilməsindən şikayətçidir.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Sürücü nəqliyyat vasitəsini nəzarətçi olan pəncərənin önündə saxlayaraq nə üçün ondan 9,50 qəpik əvəzinə 10 manat alındığının səbəbini soruşur:
“Yol 9 manat 50 qəpikdir. 10 manat vermişəm ki, ödənişi çıxsın. Mənə deyir ki, 50 qəpik yoxdur. Sonra da deyir ki, terminal qəpik götürmür, biz xırda pul götürmürük. Daha sonra 10 manat 50 qəpik verdim ki, bir manat geri qaytar. Yenə deyir ki, xırdamız yoxdur. Bəlkə mənim kartım yoxdur, nağd ödəniş edənləri niyə nəzərə almırsınız?”
Məsələ ilə bağlı oxu.az-a münasibət bildirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, sosial şəbəkələrdə paylaşılan sözügedən video qurum tərəfindən araşdırılacaq:
“Yaxşı olardı ki, sürücü agentliyə müraciət edərdi. Çünki videodan hadisənin nə zaman qeydə alındığı bilinmir. İstənilən halda məsələ araşdırılacaq və bu cür neqativ halların təkrarlanmaması üçün tədbir görüləcək”.
A.Nəcəfli onu da qeyd edib ki, yaxın zamanda xüsusi çipli kartlar istifadəyə verildikdə, ümumiyyətlə, sürücü ilə əməkdaşların ünsiyyəti minimuma enəcək:
“Çünki öncədən əldə edilən kartlara sürücülər tərəfindən balans yüklənəcək və onların qət etdiyi kilometraja uyğun vəsait hesabdan çıxacaq”.
Elektron siqaretlərə görə cərimələr təsdiqləndi - SİYAHI
Müharibələr bəzən iqtisadiyyata təkan verən qüvvəyə çevrilir - NATİQ CƏFƏRLİ
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO
Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır – Politoloq AÇIQLADI
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - ADLAR
İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA










