Ödənişli zona PROBLEMİ… “Tıxacı həll edəcək bütün alternativlər tükənib ki?”

Son günlər Bakının bəzi zonalarına ödənişli gediş məsələsi gündəmdədir. Qeyd olunur ki, bu sistem 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək. Bəli, London, Stokholm kimi şəhərlərdə bu praktikadan istifadə olunub. Hətta dəfələrlə bu barədə efirdə də danışmışam. Amma sualım var: Doğrudanmı bizdə tıxacı həll edəcək bütün alternativlər tükənib ki, ən radikal addıma keçirik?
Avtosfer.az xəbər verir ki, bu sualla aidiyyəti qurumlara radio aparıcısı dj Tural Yusifov müraciət edib. O bildirib ki, bu iş də digərləri kimi yarımçıq qalmasa nəticəsi yaxşı ola bilər:
“Daha bir sual yaranır, ödəniş yalnız zonaya daxil olub orada qalana şamil olunacaq, yoxsa tranzitlə keçən sürücülər də pul ödəyəcək?
Məsələn, mənim yolum S.Vurğun küçəsindən Neftçilər prospektinə düşürsə, hər dəfə ödəniş etməli olacam?
Əgər məqsəd dayanıb park etməkdirsə, mənim kimisə götürüb yoluma davam etməyim necə müəyyən ediləcək?
Park mövzusu da ayrı dərddir. Onsuz da şəhər mərkəzində parkinq baha başa gəlir. Mənim buna sözüm yoxdur-çünki mərkəzdə maşın saxlamaq bir növ lyüksdür. Bir az kənarda saxlayıb gəzə-gəzə də gəlmək olar. Amma indi maşınla mərkəzə gəlişin özü də ödənişli olacaq.
Ola bilsin ki, bu sistem 2027-ci ildən işləsin. Amma sual budur:
Yaxşı etmək istədiyimiz yenə əvvəlki kimi yarımçıq qalmasın?”.(tribuna.info)
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ










