Odessada yüksək səviyyəli beynəlxalq nəqliyyat konfransı keçirilib

Ukraynanın Odessa şəhərində “İnteqrasiya olunmuş Avropa-Asiya nəqliyyat dəhlizləri” adlı yüksək səviyyəli II beynəlxalq nəqliyyat konfransı keçirilib. Konfransda Ukrayna, Rumıniya, Gürcüstan, Bolqarıstan, Litva, Polşa, Çin, Moldova, Qazaxıstan və Macarıstanın nazir və nazir müavinləri, şirkət rəhbərlərieləcə də GUAM, Qara Dəniz Əməkdaşlıq Təşkilatı, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Assosiasiyası kimi beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak ediblər.
Tədbirdə ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov təmsil ediblər.
Konfrans iki sessiyadan ibarət olub. İlk sessiya Avropa-Asiya istiqamətində rəqabətədavamlı nəqliyyat üstünlüklərinin aşkar edilməsinə, ikinci sessiya isə həmin istiqamətdə yük axının artırılmasına həsr edilib.
Tədbirdə iştirakçı ölkələrin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabətədavamlı üstünlüklərinin aşkar edilməsi, yüklərin hərəkətinə maneələr törədən amillərin aradan qaldırılması və ticari prosedurların sadələşdirilməsi, Avropa-Asiya istiqamətindəki yük daşımalarında ümumiləşdirilmiş texniki və texnoloji şəraitin yaradılması,intermodal nəqliyyat sistemlərinin inkişafı və Avropa-Asiya istiqamətindəki yük axınının effektiv logistik idaretməsi haqqında məsələlərmüzakirə edilib.
Sonda tərəflər birgə bəyanatla çıxış ediblər.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














