Ögey ananın vəhşiliyi: 9 yaşlı uşağın bədənində salamat yer qoymadı – FOTO

Çinin şəhərlərindən birində baş verən bu hadisə insan ürəyini sızladır. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, müəllimə dərs zamanı şagirdlərdən birinə diqqət yetirib. Oğlanın bədənində açıq-aşkar döyülmə izləri olub. Dərsdən sonra uşağın bədəninə baxış keçirən müəllimə dəhşətə gəlib: məktəblinin bütün bədəni çapıqlarla örtülü olub. Müəllimlərin ona zərər yetirməyəcəyinə inanan 9 yaşlı uşaq başına nələrin gəldiyini onlara açıqlayıb. Məktəblinin ögey anası tərəfindən ən sərt şəkildə cəzalandırıldığı məlum olub. Belə dəhşətli cəzaya isə uşağın, sadəcə, ev tapşırığını yerinə yetirməməsi, daha dəqiq desək "Pinokkio" nağılını oxumaması olub.
Ögey ana qəzəblənərək uzun müddət ələ keçən əşyalarla uşağı döyüb: rezin ip (ipatdı oyunu üçün) və plastik boru parçası ilə. Ən dəhşətlisi isə sonda uşağın üzərinə qaynar su töküb.
Kədərləndirici hal burasındadır ki, uşağın doğma anası övladını könüllü surətdə 6 yaşı olarkən öz bacısına övladlığa verib. Qadın övladının başqa ailə ilə daha yaşı tərbiyə alacağını düşünüb. Belə ki, ögey valideynlər kasıb kəndli qohumlarından fərqli olaraq yaxşı yaşayır və yaxşı qazanırdılar.
İndi oğlan doğma anasının himayəsinə geri qaytarılıb, ögey ana isə uşaqla qəddarcasına davrandığına görə, məhkəmə qarşısına çıxmalı olacaq.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










