Oğlanın sevgilisi ilə meyiti qarajda tapıldı -Sumqayıtda dəhşət - FOTO
Gündəm
25 İyul 2016 00:49

Əsgərliyə getməyə hazırlaşan Kənan sevgilisi Sevinclə qarajda görüşüb
Sumqayıtda dəhşətli hadisə baş verib. Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, maşında gənc oğlanla qızın meyiti tapılıb. Hadisə iyulun 22-dən 23-nə keçən gecə, şəhərin “3-cü kvartal” ərazisinin həyətindəki qarajda qeydə alınıb. “Qafqazinfo” hadisə ilə bağlı bəzi təfərrüatları əldə edib. Belə ki, əsgərliyə getməyə hazırlaşan Kənan sevgilisi Sevinc Mütəllimova ilə qarajlarında görüşüb. Maşında kondisioneri yandıran cütlük bir neçə saat sonra zəhərlənərək vəfat edib. Qızın valideynləri onun evdə yoxluğundan narahat olublar və axtarışa başlayıblar. Nəticədə sözügedən qarajda gənclərin meyiti aşkarlanıb. Qeyd edilir ki, hadisə baş verən günün səhəri (iyulun 23-ü) Kənan əsgərliyə getməli imiş, o, sevgilisi ilə vidalaşmaq məqsədilə görüşüb.
***
Məlumata görə, həmin gün Kənan Sevinci qaçıraraq evə gətirmək istəyib. Amma oğlanın ailəsi buna qarşı çıxaraq, Kənana qızı öz evlərinə qaytarmağı tapşırıb. Ailə qızı qəbul etmədiyinə görə cütlük sığınacaq kimi qarajdakı maşını seçib.
Qeyd edək ki, Sevinc Mütəllimova Kooperasiya Universitetinin 2-ci kurs tələbəsidir. Kənan isə Ukraynada təhsil alıb.

Oxunub : 7573
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
13 Oktyabr 2026 17:41
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
13 Oktyabr 2026 15:11
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
13 Oktyabr 2026 14:30
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
13 Oktyabr 2026 14:11
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
13 Oktyabr 2026 12:00
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
13 Oktyabr 2026 11:30
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
ŞƏRH YAZ












