Oğlu "Galendewagen"lə bir ailəni əzən sabiq məmur pensiya davasına çıxdı

“Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xətai rayon Şöbəsini məhkəməyə verib. APA-nın məlumatına görə, M.Mədətov əmək pensiyasının təmin edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Həmin qərarla razılaşmayan DSMF-nın Xətai rayon Şöbəsi isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elmira Nağıyevanın sədrliyi ilə apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə DSMF-nın nümayəndəsi çıxış edərək bildirib ki, M. Mədətov 2009-cu ildə 57 yaşında güzəştli şərtlə pensiya ilə əmin edilib. Lakin M. Mədətov həmin müddətin 2007-ci ildən - yəni 55 yaşı tamam olan müddətdən hesablanmasını istəyib. DSMF-nın nümayəndəsi güzəştli şəkildə pensiya ödənilməsi barədə qərarın 1997-ci ildə dəyişdiyini bildirib, qeyd edib ki, həmin ilə kimi pensiya 55 yaşından hesablanıb, həmin ildən isə 57 yaşdan hesablanmasına başlanılıb. Məhkəmə prosesi fevralın 4-də davam etdiriləcək.
Qeyd edək ki, 2014-cü ildə Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi “Mercedes-Benz G-55” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər. Sürücü X. Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X. Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən X.Mədətovun verdiyi apellyasiya şikayəti təmin edilməyib.
X.Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur. Həmin hadisədən 2 gün sonra isə ölkə prezidentinin sərəncamı ilə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










