Oğru dəstə saxlanıldı: "Hərə bir tərəfdən qoyunları "Qazel"ə yüklədik" – VİDEO

Biləsuvarda mal-qara oğurluğu ilə məşğul olan dəstə saxlanılıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində mal-qara oğurluğu ilə məşğul olan 5 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri zərərsizləşdiriliblər.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakinləri Süleyman Muradov, Ramil Mirzəyev, Elgün Həsənov, Əlisa Mirzəyev və Salyan rayon sakini Vüqar Şahbazov saxlanılaraq istintaqa təqdim olunublar.
Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri 2016-cı ilin iyul-avqust ayları ərzində Biləsuvar rayon sakinləri Sərhəd Kazımova məxsus 3, Şücaət Sarıyeva məxsus 9, Süleyman Süleymanova məxsus 7 baş qoyunu, Mehdi Nağıyevə məxsus 12 və Elşən Baxşıyevə məxsus 7 baş iribuynuzlu mal-qaranı oğurlayaraq, zərərçəkən şəxslərə külli miqdarda maddi ziyan vurublar.
Saxlanılan şəxslərin ətrafında keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvlərinin rayonun digər sakinlərinə məxsus ümumilikdə 64 baş xırda və iribuynuzlu heyvanı oğurladıqları məlum olub və beləliklə də, onların törətdikləri 10 cinayət faktının üstü açılıb.
Saxlanılan şəxs: "Mal-qaranı gətirdik bura. "Qazel" hazır dayanmışdı. Hərə bir tərəfdən qoyunları yüklədik "Qazel"ə ".
Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












