Oğurlanan yüklərlə bağlı YENİ MƏLUMAT

Ukraynanın Milli Polisi Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması faktını ciddi nəzarətə götürüb. Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, son vaxtlar içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu maşınların Ukraynada oğurlanması faktını ciddi nəzarətə götürən Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin aidiyyəti qurumlarına yazılı müraciət edərək, baş vermiş cinayət hadisəsinin araşdırılmasını tələb edib. "Bununla bağlı Ukrayna hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə telefon əlaqəsi saxlayan səfir Azər Xudiyev onlara Azərbaycan tərəfinin narahatlığını çatdırıb. Müraciətə ciddi reaksiya verən Ukrayna Milli Polisinin cinayət-axtarış departamentinin rəhbəri, polis polkovnik-leytenantı Roman Kravçenko Azərbaycan səfirliyinə gələrək baş vermiş cinayət hadisəsini Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayevlə müzakirə edib. Görüş zamanı içərisində Azərbaycanın "Araz Supermarket MMC", "Azərsun Holdinq", "Veysəloğlu" və digər şirkətlərinə məxsus yüklərin olduğu maşınların qeyri-müəyyən istiqamətə gedərək ünvanına çatdırılmaması faktı müzakirə edilərək, bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb. Roman Kravçenko son dövrlər internetdə yüklərin ucuz daşınmasını təklif edən fırıldaqçı qruplar tərəfindən bir neçə belə hadisənin qeydə alındığını nəzərə çatdıraraq, bununla bağlı ciddi araşdırmaların aparıldığını qeyd edib. O, tezliklə dələduzların aşkarlanacağını və Azərbaycan şirkətlərinə məxsus yüklərin tapılaraq sahiblərinə qaytarılması üçün ciddi tədbirlərin görüldüyünü bildirib".
Səfirlik Ukrayna ilə işləyən Azərbaycan şirkətlərinin rəhbərlərini son dövrlər internet üzərindən xaricə daşınan malları ucuz qiymətə təklif edən saxta və fırıldaqçı firmaların şirnikləndirici təkliflərinə uymamağa çağırır və onları ciddi logistika xidməti ilə məşğul olan şirkətlərlə çalışmalarını tövsiyə edir.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












