Oğurlanmış avtomobil doğranmış vəziyyətdə tapılıb

Bakıda oğurlanmış avtomobil Siyəzəndə doğranmış vəziyyətdə tapılıb. Bu barədə Avtosfer.az-a DİN-dən bildirilib. Belə ki, Bakı şəhər sakini İsmayıl İmamverdiyev DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə zəng edərək paytaxtın Nizami rayonu ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə məlumat verib.
Hadisə ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlayan Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları qaçırılan avtomobilin Siyəzən rayonunda tapılması barədə məlumat əldə ediblər.
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə keçirilən tədbirlərlə şübhəli şəxslər müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla rayon sakinləri Teymur Əliyev və əvvəllər məhkum olunmuş Rövşən Həmidovun oğurladıqları həmin avtomobili birincinin evinin həyətində ayrı-ayrı hissələrə böldükləri, bəzi hissələrini isə satdıqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən qeyd edilən avtomobilin dam hissəsi T.Əliyevin həyətində aşkar edilərək, digər hissələr isə doğranmış vəziyyətdə rayon ərazisindəki gölün ətrafında tapılaraq maddi sübut kimi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












