Oğurluq edən dəstə üzvləri saxlanıldı: "O taksidir, çörəyini qazanır" – VİDEO

Ağdamın Baharlı qəsəbə sakini Nizami Əliyevin yaşadığı evdən məişət əşyaları oğurlanıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı Atakişiyev Məhərrəm Akif oğlu, həmyaşıdı Aslanov Aslan Telmanoğlu, 2000-ci il təvəllüdlü Cabbarov Sərvər Şamil oğlu və Elşən Zeynalov saxlanılıb.
Oğurluq planını hazırlayan və adları çəkilən şəxsləri də öz əməlinə şərik edən Məhərrəm Atakişiyev oğurladıqları əşyaları 200 manata satdığını deyib. Bildirib ki, onların oğurluq əməlindən taksi sürücüsü Elşən Zeynalov xəbərsiz olub. Bu səbəbdən o, əldə olunan gəliri 3 nəfər arasında bölüb.
Saxlanılan şəxs: “Bir xəbəri var idi bilmişdi, amma onluq heç nə yoxdur. Taksi də ki, taksidir, çörəyini qazanır. Nə bilir ki, oğurluqdur. Ona da biz demişik ki, oğurluq deyil. Aslan da mənə kömək eləmişdi”.
Digər oğurluq hadisəsi rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 38 yaşlı Mehdi Mehdiyev avtoyuma məntəqəsindən oğurluq edib. O, dindirmə zamanı əməlini etiraf edib.
Mehdi Mehdiyev – Saxlanılan şəxs: “Mənə demədi ki, oğurluqdur. Dedi ki, ora turba qoymuşam gedin, gətirin. Oğlu ilə getmişəm”.
Hər iki faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












