Oğurluq pula aldıqları maşında tutuldular - 74 minlik CİNAYƏT

Tərtər rayonunda evlərdən oğurluq edən və 74 min manatlıq qızıl-zinət əşyaları oğurlayan cinayətkar dəstə tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə report-a Tərtər Rayon Polis Şöbəsindən məlumat verilib. Belə ki, Ramiz Əmrah Oğlu Məmmədov Tərtər Rayon Polis Şöbəsinə gələrək, naməlum şəxslərin ona basqın edərək əlində olan 74 min manat dəyərində qızıl-zinət əşyalarını zorakılıq yolu ilə oğurlandığını bildirib. Tərtər RPŞ-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfərdən ibarət cinayətkar dəstə saxlanılıb. Bunlar Tərtər rayon sakinləri Elnur Silavik oğlu Ağazadə, Elgiz Şahin oğlu Paşayev, İlqar Vahid oğlu Humbətov və Cəlil Raqub oğlu Əmirlidir. Onlar oğurladıqları zinət əşyalarını Bakı şəhərində satıblar və əldə etdikləri 34 min manatlıq "qazanc"ı öz aralarında bölüblər. Həmçinin, həmin vəsaitdən özlərinə müxtəlif markalı avtomobillər alıblar. Polis əməkdaşlarının avtomobilə keçirdikləri baxış zamanı cinayətdə istifadə olunan maska, əlcək, bıçaq və digər vasitələr aşkar edilib. Bundan başqa, oğurlanan qızıl-zinət əşyalarının brilliant qaşları da avtomobildən maddi sübut kimi götürülüb. İstintaq zamanı müəyyən edilib ki, cinayətkar dəstə rayon ərazisində başqa evlərdən də oğurluq edərək vətəndaşlara xeyli ziyan vurub. Faktla bağlı rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, R.Məmmədov Tərtər rayon sakinidir və qızıl alqı-satqısı ilə məşğul olur.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF













