Oğuzda bu küçədən keçənlər baş əyir - VİDEO

Oğuz rayonuna mavi yanacağın çəkilməsi sakinləri tragikomik problemlə üzləşdirib. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, Oğuzun 20 yanvar küçəsi görənlərin marağına səbəb olur. Küçədəki piyada səkisi elə salınıb ki, ərazidən keçmək üçün sakinlər ikiqat əyilməli olur. Sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, Rayon İcra hakimiyyəti günahı “Azəriqaz”ın, “Azəriqaz” isə icra hakimiyyətinin üstünə atır.
Əslində, oxşar problem bir çox rayonlarda yaşanır. Hətta bəzi yaşayış evlərində həyətə girişi bağlayan qaz xətlərini görmək mümkündür. Aidiyyəti qurum isə bildirir ki, layihə işlənərkən sakinlərin rəyini nəzərə alaraq, hər evdə bir giriş qapısı üçün yer müəyyən olunur. Bir müddət keçdikdən sonra isə ikinci qapının açılması və ya qapı yerinin dəyişdirilməsi problemlərə gətirib çıxarır. Digər problem isə bəzi küçələrdə qaz boruları ilə elektrik xəttləri arasında məsafənin az saxlanılmasıdır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












