Oğuzda Ərəbistanın iki vətəndaşı avtomobil qəzasına düşüb - FOTO

Oğuzda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un məlumatına görə, xəsarət alanlar - sürücü Oğuz rayon sakini 1961-ci il tələvəllüdlü Rəhmətov Məhəmməd, Səudiyyə Ərəbistanı vətandaşları 1985-ci il təvəllüdlü Alamri Əhməd Hassan və 1987-ci il təvəllüdlü Hakami Ali Qumayrıdır.
***
Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Oğuz rayon sakininin idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobildə olan sürücü və Səudiyyə Ərəbistanının iki vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağı araşdırma aparılır.
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO














