Oğuzda üç gün əvvəl qəzaya düşmüş vəkil dünyasını dəyişib

Oğuz rayonunda 3 gün əvvəl qəzaya düşmüş vəkil dünyasını dəyişib. "Report"un xəbərinə görə, fevral ayının 24-də Oğuz-Şəki yolunda baş vermiş qəzada ağır xəsarət alan 1982-ci il təvəllüdlü Şəki şəhər sakini Hacısəlimov Rüstəm Xudaverdi oğlu yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzdə həkimlərin müdaxiləsinə baxmayaraq keçinib. O, xəstəxanaya qapalı kəllə-beyin travması diaqnozu ilə qəbul edilib. R.Hacısəlimov fevralın 23-dən 24-nə keçən gecə idarə etdiyi BMW markalı minik avtomobili ilə Oğuz-Şəki magistral yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində Şəki rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Rüstəm Hacısəlimov Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğundan Bakıya gətirilib. Qəza zamanı R.Hacısəlimov Oğuz rayon Məhkəməsində vəkil kimi çıxış edib. O, işindən sonra yaşadığı Şəki şəhərinə geri dönürmüş. Faktla bağlı DİN-in Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












