Öldüyü deyilən Xamenei ilə bağlı RƏSMİ AÇIQLAMA

İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin səhhəti və harada olması ilə bağlı yayılan müxtəlif şayiələrə son qoyulub. Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, ölkənin xarici işlər nazirinin müavini Səid Xatibzadə Xameneinin durumu ilə bağlı mühüm bəyanat yayıb.
O bildirib ki, Müctəba Xamenei hazırda tam sağlamdır və ölkədəki vəziyyətə nəzarət edir: "Onun rəsmi təyinatdan sonra ictimaiyyət qarşısına çıxmaması isə birbaşa təhlükəsizlik məsələləri ilə bağlıdır".
Diplomatın sözlərinə görə, bölgədəki gərgin və təhlükəli şərait səbəbindən Ali Rəhbər hələlik kütləvi tədbirlərdə iştirak etmir.
Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ-ın birgə əməliyyatı nəticəsində İranın sabiq Ali Rəhbəri Əli Xamenei və bir neçə yüksək rütbəli rəsmi şəxs həlak olmuşdu. Müctəba Xameneinin həmin vaxtdan bəri görünməməsi onun da sui-qəsd qurbanı olduğu və ya ağır yaralandığı barədə ciddi müzakirələrə yol açmışdı.
Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA












