Olimpiya Stadionunun qarşısında nə tikilir? - RƏSMİ AÇIQLAMA

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektində, daha dəqiqi Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur. Avtosfer.az xəbər verir ki, Dövlət Agentliyindən milli.az-a verilən məlumata görə, tunelin ümumi uzunluğu 655 m, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edir. Avtomobil tuneli hər biri 4,5 mr eni olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11,5 təşkil edəcək. Tunelin inşasında məqsəd günün pik saatlarında metronun "Koroğlu" stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn və hava limanı istiqamətində gedən avtonəqliyyat vasitələri "Böyük Şor" yol qovşağında yerləşən körpünün üzərinə qalxaraq oradan dövrə vurub, "Koroğlu" stansiyasının qarşısından keçib düşərək hərəkət edirlər. Bu isə həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olur. Məhz həmin sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələrinin "Koroğlu" stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə hərəkət edə bilməsi üçün yeni avtomobil tuneli inşa olunur.
Yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər "Koroğlu" stansiyasının qarşısından keçmədən birbaşa Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə, ordan da Bakı Olimpiya Stadionunun arxasındakı yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edə biləcəklər.
Avtomobil tunelinin texnoloji ardıcıllığa inşası üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin 2018-ci il ərzində yekunlaşması planlaşdırılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI


















