Ölkədə xəstəlik yaşı niyə cavanlaşır? – ADİL QEYBULLA SƏBƏBLƏRİ AÇIQLADI

Son illərdə gənclərdə bir çox ciddi sağlamlıq problemləri erkən yaşlarda daha çox görülməyə başlayıb. Əvvəllər yalnız yaşlılar arasında rastlanan bu xəstəliklər indi gənclər arasında da yayılaraq sağlamlıq təhlükəsi yaratmağa başlayıb. Avtosfer.az xəbər verir ki, baş ağrıları, halsızlıq, ürək-damar problemləri, təzyiq və digər şikayətlər də gənclərin gündəlik həyatına ciddi şəkildə təsir edir. Bəs bu problemlərin əsas səbəbləri nələrdir?
Məsələ ilə bağlı tibbi ekspert Adil Qeybulla Avtosfer.az-a açıqlamasında bildirib ki, bu gün gənclərdə bəzi xəstəliklərin erkən yaşlarda görülməsi əsasən onların həyat tərzindən qaynaqlanır:

“Gənclərin qidalanma vərdişləri bu məsələdə mühüm rol oynayır. Hazırda keyfiyyətsiz qidalar və müxtəlif yollarla əldə edilən məhsullar qidalanmada əhəmiyyətli yer tutur. Bədənə daxil olan kalorilərlə sərf olunan kalorilər arasında disbalans mövcuddur. İnsanlar çox qida qəbul etsələr də, fiziki aktivlik göstərmirlər. Maşınla hər yerə getmək, az gəzmək, yeməkdən sonra dərhal yatmaq kimi vərdişlər bədəndə enerji və kalorinin yığılmasına səbəb olur. Bu isə damarların divarında çöküntülərə, qan təchizatının pozulmasına, ürək və beyinin normal fəaliyyətinə maneə törədə bilər”.
Tibbi ekspert qeyd edib ki, siqaret çəkmək, aşırı alkoqol qəbulu və digər zərərli vərdişlər də gənclərin sağlamlığına ciddi ziyan vurur.
“Bakı şəhərində gecə həyatını keçirən, restoranlara gedib gecə saatlarında yatmağa başlayan insanlar arasında bu cür sağlamlıq problemləri daha çox müşahidə edilir. Gənclər öz sağlamlıqlarını qorumağa daha çox diqqət etməlidirlər, amma çoxu bunu etmir, nəticədə, ciddi səhiyyə problemləri yaranır. Gənclər daha az yeməli, daha çox hərəkət etməli, pis vərdişlərdən uzaq durmalı və pozitiv düşünməlidirlər. Bu yanaşma ilə bir çox sağlamlıq probleminin qarşısını ala bilərlər”.

Adil Qeybulla son olaraq vurğulayıb ki, insanların sayının artması heyvanların və bitkilərin məhv edilməsinə səbəb olur. Bu da virusların insanların orqanizminə keçməsinə gətirib çıxarır, çünki viruslar yaşamaq üçün hüceyrə tələb edir. Nəticədə, insanlar viruslarla üzləşirlər.
Fidan
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












