Ölkədə yanacaq qıtlığı yarandı – FOTO

Fransadakı 8 neftayırma zavodundan 6-da etiraz tətilləri davam edir. Ölkədəki yanacaqdoldurma stansiyalarından 10 faizində ümumiyyətlə yanacaq yoxdur. Yerdə qalan stansiyalarda isə yanacaq qıtlığı hiss olunur.
Fransanın ən böyük həmkararlar təşkilatları birliyi olan Ümummilli Əmək Konfederasiyasının (Confédération générale du travail, SGT) nümayəndəsi Emmanuel Lepenin dediyinə görə, etiraz aksiyasının məqsədi ölkədə yanacaq qıtlığı yaratmaq deyil.
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az lefigaro-ya istinadən bildirir ki, Lepen deyib: "Məqsədimiz "Əmək haqqında" qanuna əlavələr və dəyişikliklərə can atan hökuməti fikrindən döndərməkdir. İndiki situasiya gəmidəki xəyanəti xatırladır. 10 nəfərlik komandadan 5 nəfər yola davam etmək istəmirlərsə, gəmi hərəkət edə bilməz. Neftayırma sənayesində etiraz tətili keçirən işçilər özləri üçün nə isə istəmirlər. Onlar etiraz aksiyalarının Fransa iqtisadiyyatının digər sektorlarına da sirayət etməsini istəyirlər".
Hakimiyyətin aksiya iştirakçılarına qarşı güc tətbiq edəcəyi istisna deyil. Maliyyə naziri Mişel Sapenin dediyinə görə, onlar CGT ilə dialoqu davam etdirmək niyyətində deyillər: "Onlar nə istədiklərini özləri də bilmirlər. Ölkədə yanacaq qıtlığına son qoymaq üçün zəruri addımları atacağıq".
Fransada iqtidarda olan Sosialist Partiyasının təşəbbüsü ilə əmək qanunvericiliyinə dəyişikliklər və əlavələr gözlənilir. Bu isə ölkədə aylardan bəri səngimək bilməyən etiraz aksiyalarına səbəb olub.
Dəyişikliklər və əlavələr əmək həftəsinin sürəyinin indiki 35 saatdan 40 saatadək artırılmasını, habelə əməkdaşlarla imzalanmış əmək müqavilələrinin ləğvi məsələsində iş yerləri sahiblərinin hüquqlarının artırılmasını nəzərdə tutur.







İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












