Ölkədəki sürüşmə sahələrində vəziyyət açıqlandı

Respublika ərazisində mühüm sürüşmə obyektlərinin vəziyyəti haqqında aprel ayına olan vəziyyət açıqlanıb. Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov apa-ya deyib ki, Səbail rayonu ərazisində olan sürüşmə sahələrində aktivlik qeydə alınmayıb.
O bildirib ki, Əhmədli-1, Əhmədli-2 sürüşmə sahələrində də aktivlik baş verməyib: “Əhmədli-Günəşli arası sürüşmə sahəsində nisbi aktivləşmə qeydə alınıb. Qaraçuxur sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən çökmə prosesi baş verib və quraşdırılmış mayaklarda nisbi ölçüdə çatlar əmələ gəlib.
Nərimanov dairəsi və Nərimanov döngəsindəki sürüşmə sahələrində aktivlik müşahidə edilməyib.
Binəqədi I mədən yaşayış sahəsində atmosfer çöküntülərinin təsirindən qrunt sularının səviyyəsinin qalxması ilə əlaqədar subasma prosesləri qeydə alınıb.
Masazır sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən sürüşmə kütləsinin üzərindəki mövcud çatlarda 2-3 sm ölçüdə genişlənmələr müşahidə olunub, prosesin dinamikasında nisbi aktivləşmə qeydə alınıb”.
Ekspedisiya rəisi əlavə edib ki, Astara rayonunda bütün sürüşmə sahələrində atmosfer çöküntülərinin təsirindən aktivləşmə qeydə alınıb: “Lerik-Veri-Əliabad sürüşmə sahəsinin kütləsi üzərində mövcud çatlarda aktivlik qeydə alınıb. Eyni zamanda, Lənkəran-Lerik yolunun 27-29-cu, 45-47-ci kilometrliklərində aparılan bərpa-tikinti işlərinin nəticəsində və atmosfer yağıntılarının təsirindən sürüşmə sahələrində aktivləşmə müşahidə edilib.
Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyi sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən aktivlik qeydə alınıb. Lənkəranda Horavenç və Gəgiran sürüşmə sahələrində də aktivlik müşahidə olunub. Cəlilabad rayonunda Sadatlı sürüşmə sahəsində son zamanlar yağan yağışların təsirindən lokal sürüşmə sahələri əmələ gəlib”.
Ə.Qaralov qeyd edib ki, Gədəbəy və Daşkəsən rayonlarındakı sürüşmə sahələrində də aktivlik qeydə alınıb: “Siyəzən rayonunun Sədan sürüşmə sahəsində ötən ay ərzində ciddi aktivlik qeydə alınıb. Sürüşmə sahəsində bir neçə fərdi yaşayış evi üçün ciddi təhlükə yaranıb. Quba-Xınalıq yolunun 37-46-cı, Quba-Qonaqkənd yolunun 37-40-cı kilometrliyində olan sürüşmə sahələrində də aktivləşmə qeydə alınıb. Qusar rayonunda, Qusar-Sudur yolunun 37-ci kilometrliyində sürüşmə sahəsindəki müşahidə reperlərində dəyişiklik qeydə alınıb”.
Ə.Qaralov onu da qeyd edib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsində də aktivlik baş verib: “Bakı-Ağsu magistral yolunun 132-156-cı kilometrliyindəki sürüşmə sahəsində proses aktivləşib, nəticədə uçqun-töküntü hadisəsi qeydə alınıb.
Eyni zamanda, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində yolboyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmə sahələrində mövcud çatlar genişlənib. Həmçinin Zərnava və Xankəndi sürüşmə sahələrində ay ərzində aktivləşmə qeydə alınıb”.
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq








