Ölkədən çıxışına qadağa qoyulanların 45,5 mln. manat borcu var - VİDEO

596 vətəndaşın Azərbaycandan çıxmasına məhdudiyyət qoyulub. Vergi borcu olanlardan 283-ü fiziki şəxs, 313 nəfəri isə hüquqi şəxsin icra orqanı rəhbərləridir. Bu şəxslərin ümumilikdə dövlət büdcəsinə 45 milyon 460 min 755 manat vergi borcu var. Vergilər Nazirliyinin baş idarə rəisinin müavini Rəsul Hüseynov həmin şəxslərə bütün lazımi məlumatlandırma və xəbərdarlıq prosedurlarının həyata keçirildiyini qeyd edir. Xəbərdarlıqlara məqsədli şəkildə məhəl qoymayan vergi ödəyicilərinin bank hesablarına sərəncamlar qoyulur, əmlakları siyahıya alınıb hərraclarda satışı həyata keçirilir, avtomobillərinə həbs qoyulur və ya ölkədən getməsinə məhdudiyyət qoyulur. Şəxsin ölkədən getməsinə məhdudiyyət qoyulması üçün vergi borcunun miqdarı təxminən 10 min manat olmalıdır.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












