Ölkəni benzinlə tam təmin edəcək zavod istifadəyə verilib

Bu gün İranın Bəndər Abbas şəhərində dünyanın ən böyük qaz-kondensat emalı zavodunun açılışı olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, İran prezidenti Həsən Ruhani bu gün səhər “Setareye Xəlic Fars” (Fars Körfəzinin ulduzu) qaz-kondensat emalı zavodunun açılış mərasimində iştirak edib. Ərazisi 700 hektar olan bu zavod Bəndər Abbas şəhərinin 25 kilometrliyində yerləşir. Zavodun birinci fazasının açılışı ilə benzin istehsalı sahəsində İran özünü təmin etmə imkanı qazanıb. Gələcəkdə İran benzinə olan daxili tələbatı təmin etməklə yanaşı həmçinin bu məhsulun ixracatçısına çevriləcək. Bu zavodun gündəlik 120 min barek qaz-kondensatını emal etmək potensialı var. İlkin faza çərçivəsində zavod gündəlik avro 4 standartlarına uyğun 12 milyon litr benzin istehsal edəcək. Bundan başqa zavodda avro 4 standartlarına uyğun gündəlik 6 milyon 800 min litr dizel, ağ neft, maye qaz (LPG) istehsal etmək mümkündür. “Setar-e Xəlic Fars” qaz-kondensat emalı zavodu yaxın bir il ərzində tam istifadəyə veriləcək. Zavod tam istifadəyə verildikdən sonra bu zavodda avro 4 və 5 standartlarına uyğun gündəlik 36 milyon litr benzin istehsal edəcək. Həmçinin İranın gündəlik benzin istehsalının həcmi 100 milyon litrdən artıq olacaq. Belə olduğu halda İran benzin idxalına ehtiyacı qalmayacaq, həmçinin bu məhsulu ixrac etmə imkanı qazanacaq. H. Ruhani bu zavodun açılışını İranın neft sənayesində tarixi bir gün adlandırıb: “Biz hazırda dizel ixracatçısıyıq və tezliklə benzin ixracatçısı da olacağıq”.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










