Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib - RƏSMİ

Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib. Onun sözlərinə görə, yeni taksilər bu gün Heydər Əliyev Bəynəlxalq Hava Limanında vətəndaşların isitifadəsinə verilib: “Xüsusən, vurğulamaq istəyirəm ki, İngiltərədən gətirilən bu taksilər sərnişindən sürücüyə, sürücüdən sərnişinə koronavirusun keçməsinin qarşısını alan detallarla təchiz olunub. Bu detallar hissə-hissə olmaqla bütün taksilərə yerləşdirilir”.
G.Gözəlova əlavə edib ki, ölkəyə gətirilən 100 ədəd yeni London taksisi Bakı ərazisində xidmət göstərəcək: “Daha önəmli cəhətlərdən biri də ondan ibarət olacaq ki, bu avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna biləcəklər".
Qeyd edək ki, smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir. (Trend)
.



Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO










