Ölməmək üçün falçıya 30 min dollar verən qadın məhkəmədə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə baxış iclası keçirilib. Zərərçəkmiş Fərqanə Babayeva ifadə verərək deyib ki, Azadi Paşayevlə birlikdə A.Məhərrəmov onu aldadıblar: “Azadi oğlu üçün mənim qızıma elçi gəldi, sonra da birgə biznes qurmağı təklif etdi. Mən də obyektlərimi sataraq pulu Azadi və Ayaza verdim. Həmin ərəfədə mən əməliyyat olunmalı idim. Azadinin arvadı Mətanət bizə seyid gətirdi. Dedi fala baxdırmışam, sən öləcəksən, ölməmək üçün seyidə pul verməlisən. Mən də falçıya 30 min dollar verdim”. Qeyd edək ki, F.Babayeva və yoldaşı Ramin Babayev iş qurmaq adı ilə A.Paşayev və A.Məhərrəmova 194 min manat veriblər. A.Paşayev pulu götürüb Türkiyəyə qaçıb. Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA










