Ölümlə nəticələnən qəza törətmiş sürücü məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R.Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. R.Vəliyev barəsində seçilən başqa yerə getməmək haqqında iltizam tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib, o, məhkəmə zalında həbs edilib. Qeyd edək ki, hadisə bu ilin fevralında Qobustan ərazisində baş verib. R. Vəliyevin idarə etdiyi "Ford-Tranzir" markalı avtomobillə Əmir Cəbrayılovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə sərnişin Mahmud Adıgözəlov hadisə yerində ölüb, avtomobildə olan 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












