Ölümlə nəticələnən yol qəzası törədən qadına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Samirə Yusifovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə S.Yusifova 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə nəticəsində S. Yusifovanın idarə etdiyi “Toyota” və Bakı şəhər sakini Həsənağa Məmmədovun idarə etdiyi VAZ-21011 markalı avtomobillər toqquşub. Qəzadan sonra idarəetməni itirən S. Yusifova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus “Hyundai”, Kamil Məmmədova məxsus “BMW” və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus “KİA” markalı avtomobillərə çırpıb, sonra isə hadisə yerinin yaxınlığından keçən Abşeron rayon sakini Şöhrət Orucovu vurub.
Xəstəxanaya yerləşdirilən Ş.Orucov orada ölüb.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












