Ölümlə nəticələnən yol qəzası törədən şəxsin cəzası yüngülləşdirilib

Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elvin Rəhimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hakim Cəfər Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, E.Rəhimovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib. İttiham aktına əsasən, hadisə 2015-ci ilin noyabr ayının 16-da Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən 48.8-ci kilometrində baş verib. Həmin ərazidə Bakı şəhəri istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olan zaman E.Rəhimovun idarə etdiyi “Shacman” markalı, 99-DA-282 dövlət qeydiyyat nişanlı yük avtomobili yolun sağ kənarında dayanmış Bayramov Bayram Yusif oğlunun idarə etdiyi “Howo ZZ3317N3867W” markalı, 99-JF-106 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə dəyərək toqquşub. Nəticədə ehtiyatsızlıqdan “Shacman” markalı yük avtomobilinin sərnişini Tinayev İlqar Nürəddin oğlu ağır xəsarətlər alıb. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılandan sonra orada ölüb. “Howo ZZ3317N3867W” markalı yük avtomobilinin sürücüsü B.Bayramov da ağır yaralar alıb. “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinə məxsus “Howo ZZ3317N3867W” markalı, 99-JF-106 dövlət qeydiyyat nişanlı yük avtomobilinin əzilməsi nəticəsində 5340 manat, Xəlilli Şahin Zülfüqar oğluna məxsus “Shacman” markalı, 99-DA-282 dövlət qeydiyyat nişanlı yük avtomobilinə isə 18680 manat məbləğində maddi ziyan dəyib. E.Rəhimov Cinyət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunub. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmündən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…










