On bir ayın sultanı - Ramazan başlayır

Bu gün müqəddəs ramazan ayının başlaması münasibətilə ölkə ərazisində oruc tutanlar üçün niyyət axşamıdır. Niyyət axşamı oruc tutan şəxsin edəcəyi əməli özü üçün müəyyənləşdirməsi deməkdir. Niyyət edən müsəlmanlar bir ay boyunca oruc tutacaqlarını, 11 ayın sultanı Ramazanı ibadətlə geçirəcəklərini Allah qarşısında dilə gətirirlər.
Avtosfer.az anspress-ə istinadən bildirir ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib.
İyunun 7-də başlayacaq Ramazan ayı İslam dinində böyük önəmə malikdir. Bu ay İslam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu, dilənən diləklərin, deyilən duaların qəbul olunduğu aydır. Ramazan günahların bağışlandığı, duaların qəbul edildiyi müqəddəs günlərin ayıdır. Fəzilətinə, xeyirinə görə İslam peyğəmbərinin 11 ayın sultanı adlandırdığı Ramazanı faydalı keçirmək vacibdir.
Qafqaz Müsəlmanları İdarəsi bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, dindarlardan digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadə etməməyi tələb edib.

İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












