“Onlar polisləri şərləyirlər...”

Avtosfer.az xəbər verir ki, bir neçə gün öncə “qafqazinfo”da Nərimanov RPİ vəzifəli şəxslərinin rayon sakinləri tərəfindən döyülməsi barədə məlumat, həmin ailə üzvlərinin isə əksinə olaraq, özlərinin döyülməsi haqda iddiaları yayımlanıb. Rayon sakini Nina İbrahimova bildirib ki, ona məxsus avtoyuma məntəqəsinin yaxınlığında Coşqun Orucovun da “moyka”sı var və həmin obyekt qanunsuz fəaliyyət göstərir. Bu məsələ iki ailə arsında mübahisələrlə nəticələnib, işə polis və məhkəmə qarışıb.
Mübahisəli məsələdə tərəflərdən biri olan Coşqun Orucov “qafqazinfo”nun redaksiyasına gələrək problemin ona aid hissəsinə aydınlıq gətirib.
C.Orucov deyib ki, əslində N.İbrahimova onların sahibkarlıq fəaliyyətinə qanunsuz olaraq maneə olur: “Nina İbrahimova insan alveri, saxta sənəd düzəltmə və digər maddələrlə 5 dəfə məhkum olunub. Bu adamın işi şər atmaqdır. Sahibkara hücum edir, sonra özünü yerə yıxır və gedib polisə şikayət edir. Bu barədə video çəkilişlər də var”.
Coşqun Orucov deyib ki, polis əməkdaşları onların təhlükəsizliyini qoruduğu üçün İbrahimovlar ailəsi tərəfindən şərləniblər: “Biz bunların hərəkətlərindən məhkəməyə müraciət etdik və qərar verildi ki, bizim obyektə yaxın gəlməsinlər. Ailə üzvləri qərardan sonra da bizim “moyka”ya hücum etməyə başladılar. Buna görə də məhkəmə qərarı ilə 700 manat cərimə olundular. Polislər bizim təhlükəsizliyimizi qoruyur. Onlar polisləri də şərləyirlər, tullanırlar polisin üstünə özlərini yerə yıxırlar. Bunların taktikaları budur, bütün var-dövlətlərini belə yığıblar. Nina hər gün gəlib bizim “moyka”nın qabağında durur, ora girmək istəyən maşınları saxlatdırıb deyir bu “moyka”ya girmə, özünkünü göstərib deyir o birisinə gəl. Öz maşınlarını bizim “moyka”nın girişində saxlayır, başqa maşınlar girə bilmir. Əsas dediyi odur ki, sizi işləməyə qoymayacağam”.
Qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












