“Onları dağa aparmaq istəmirdim...” - Alpinistləri aparan sürücü

Quba rayonunda itkin düşən hər üç alpinistin qanunvericiliklə nəzərdə tutulmuş fərdi anket vərəqələri, şəxsi sənədləri özlərində olub. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a idmançıları Quba rayonundan Tufandağ istiqamətinə “QAZ 66” yük maşınında aparan sürücü, Xınalıq kənd sakini Rasim Aslanov deyib. “Məndən xahiş etdilər ki, onları Şahyaylaq ərazisinə aparım. Onları aparmaq istəmirdim, lakin sonda qərarımı dəyişdim. Xınalıq kəndindən Şahyaylağa təxminən 15-16 km yoldur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ qoruğu ərazisində yerləşir. Kənddən Şahyaylağa getmək üçün ETSN və DSX postunu keçib, onları həmin yerdə düşürdüm. Mən qanunvericilik çərçivəsində hərəkət etmişəm, onlar da əraziyə yollananda lazımi bütün sənədlər özlərində olub”, - deyə sürücü bildirib.
Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib. Onların axtarışları artıq 10 gündən çoxdur ki, davam edir.
.jpg)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












