Onlarla avtobus növbə gözləyir - Astara gömrüyündə

Astara gömrüyündə onlarla avtobus növbə gözləyir. İraqın Kərbəla şəhərinə, İmam Hüseynin 40 mərasiminə zəvvar aparan avtobusların sürücüləri ilə terminal işçiləri arasında mübahisələr də yaranır.
Avtosfer.az azadliq.org-a istinadən bildirir ki, terminal işçiləri avtobusların gömrüyə növbə ilə keçməsini istəyirlər. Onlar deyirlər ki, noyabrın 12-də hər birində 40-45 zəvvar olmaqla 10 avtobus yola salıblar. Gecikmənin səbəbini isə İran tərəfinin yoxlamaları ilə izah edirlər. Terminal işçilərinin dediyinə görə, İran gömrüyü zəvvarları yoxlayıb əraziyə buraxır. Bu da vaxt aparır.
Zəvvarlardan biri deyir ki, Kərbəla ziyarətinə getməkdən ötrü avtobusa 350 manat pul ödəyib. Ziyarətə gedib-gəlməyə ümumilikdə 1000 manatdan yuxarı xərc çıxır.
Gürcüstandan gələn şiə müsəlmanlar əllərində bu ölkənin bayrağını tutublar. Onlar bildirirlər ki, hər bir adam avtobusa 250 dollar ödəyib. Zəvvarların arasında gənclər çoxluq təşkil edir. Danışmağa həvəsli deyillər. Aralarında qadınlar da az deyil.
Terminalın bir işçisi deyir ki, bu il Kərbəlaya gedənlərin sayı qat-qat çoxdur. Hər il Kərbəlaya 10-15 avtobus zəvvar gedirdisə, bu il avtobusların sayı 100-ü ötüb...
Xatırlatma
Bu il İslamda müqəddəs sayılan məhərrəm ayı oktyabrın 3-də başlayıb. Oktyabrın 12-si Aşura mərasimləri keçirilib (Aşura ərəb dilində onuncu gün deməkdir. Hicrətin 61-ci ilində məhərrəm ayının onuncu günündə, Kərbəla çölündə qətliam baş verib)
Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.
Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yasını saxlayır.
Məhərrəmlik mərasimi ümumilikdə məhərrəm və səfər aylarında davam edir.
İslamda məhərrəm ayında müharibə günah sayılır.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










